Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 02:40

Fransanın keçmiş prezidenti Nicolas Sarkozy səlahiyyətlərindən sui-istifadə ittihamı ilə dindirilmək üçün saxlanıb.

"Frans Press" agentliyinin məlumatına görə, Sarkozy iyulun 1-də Parisin qərbindəki Nanterə - anti-korrupsiya müstəntiqlərinin suallarına cavab verməyə gətirilib. Bir gün əvvəl onun vəkili dindirilib.

59 yaşlı Sarkozy hakimə təzyiq edib, ondan qapalı informasiyanı almaq cəhdində şübhəli bilinir. Bu informasiya Sarkozynin 2007-ci ildə seçki kampaniyasını o vaxtki Liviya diktatoru Gaddafinin maliyyələşdirməsi ittihamı ilə bağlı ola bilər.

Qanuna görə, Sarkozy-ni 24 saat saxlaya bilərlər.

BBC bildirir ki, Fransa tarixində keçmiş prezidentin belə saxlanması görünməmiş hadisədir.

XS
SM
MD
LG