Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:18

Separatçılar hərbçiləri «Qrad»a tutdular

- Slavyansk və Kramatorsk şəhərlərini azad edən Ukrayna ordusu, Donetsk və Luqansk şəhərlərini mühasirəyə alır.

- Ukrayna ordu rəhbərliyi bəyan edir ki, Rusiya sərhəddə yenidən hərbi qüvvə toplayır.

- Separatçılar "döyüşü uduzmaq, hələ müharibəni uduzmaq" deyil bəyan edərək, Donetskdə möhkəmlənməyə can atırlar. Onlar şəhərə gedən əsas magistrallarda 3 körpünü partladıblar

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

21:22 11.7.2014

Raket hücumunda azı 19 hərbçi həlak olub

Ukraynanın Müdafiə Nazirliyi bildirir ki, rusiyapərəst yaraqlıların raket hücumunda 30 yox, 19 hərbçi həlak olub.

Bundan əvvəl daxili işlər nazirinin köməkçisi demişdi ki, «Qrad»dan atılan raket atəşində 30 əsgər həlak olub.

Müdafiə Nazirliyinin rəsmisi onu da bildirib ki, iyulun 10-dan bəri 23 hərbçi həlak olub, 100 hərbçi yaralanıb.

Ukrayna prezidenti Poroshenko təhlükəsizlik rəhbərləri ilə fövqəladə iclasdan sonra deyib ki, hökumət bugünkü raket hücumuna məsuliyyət daşıyanları tapacaq və məhv edəcək. ​

16:53 11.7.2014

SEPARATÇILAR PARTLAYICI MADDƏYƏ QƏNAƏT ETMİRLƏR

Ukraynada ağır döyüşlər davam edir. Donetsk və Luqanskda cəmləşən separatçılar Ukrayna ordusuna əks-həmlələr vurmaöa calışırlar. Belə zərbələrdən birində 30 Ukrayna əsgərinin həlak olduğu bildirilir. Separatçılar Ukrayna təhlükəsizlik qüvvələrinin ağır texnikasının hərəkətini məhdudlaşdırmaq üçün onların ehtimal olunan hərəkəti istiqamətində körpüləri və yolları partladırlar. Belə partlayışlardan birinin videosu sosial şəbəkədə yayılıb.

09:30 11.7.2014

YARAQLILAR DONETSK ƏTRAFINDA BLOKPOSTLAR QURUR

Yaraqlılar Donetsk ətrafında blokpostlar qurur
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Yaraqlılar Donetskdə mövqelərini gücləndirir, blokpostlar qurur. Separatçıların «Şərq» qruplaşmasının piyadaları və texnikası Karlovkaya tərəf yönəlib. (Reuters)

Davamı

XS
SM
MD
LG