Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:02

Azərbaycan peyki ilə Rusiya telekanallarının yayımına başlandı


Azərbaycanın «Azerspace-1» peyki ilə Rusiya telekanallarının yayımına başlanılıb.

Trend-in məlumatına görə, «Azerspace-1» peyki ilə Rusiyanın «Mir 24», «Krusel», «TV Zvezda», «Europa Plus TV», STS, «TV 3 Russia», «Пятница», «Life News», «A-One», RU TV, «Mult», «Moskva Doverie» və REN TV kanallarının yayımı həyata keçirilir.

Azərbaycanın peyki ilə yayımlanan TV və radio kanallarının sayı 120-dən çoxdur.

Ötən ilin fevral ayında orbitə buraxılmış və «Azərkosmos» ASC tərəfindən idarə edilən «Azerspace-1» peyki 46 dərəcə Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

XS
SM
MD
LG