Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:14

II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının qalibləri mükafatlandırılıb


Nizami Kino Mərkəzi
Nizami Kino Mərkəzi

-

Avstraliyalı rejissor Cefri Darlinq-in «Barossa. Sənin ixtiyarında» filmi festivalın ən yüksək mükafatına «Qran-pri»yə layiq görülüb.

Nizami Kino Mərkəzində ötən həftə keçirilmiş II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının qaliblərinin mükafatlandırılması mərasimi olub. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivala 55 ölkədən 405 film göndərilib.

Festivalın müsabiqə proqramına 31 ölkədən 68 film daxil edilib. Filmlər 6 kateqoriyada yarışıblar. Müsabiqə proqramına Azərbaycanın 7 filmi də daxil edilib.

Festivalın keçirildiyi 4 gün ərzində proqrama daxil edilmiş filmlər Nizami Kino Mərkəzində, axşam seansları isə Dənizkənarı Milli Parkda nümayiş olunub.

Filmləri kinematoqrafçılardan, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirib. Beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi qalib seçib.

«Ölkə, region, şəhər» kateqoriyasında yunanıstanlı rejissor Teo Papadoulakis «Krit: bütün dünya bir adada» filminə, «Mədəniyyət, ənənə» kateqoriyasında türkiyəli rejissorlar Şerif YenenLevent Ayaşlı «Yaşmaqsız İstanbul» ekran əsərinə, «Reklam filmləri» kateqoriyasında xorvatiyalı rejissor İvan Peric «Adriatikin qəlbi» filminə, «Turizm xidmətləri» kateqoriyasında türkiyəli rejissor Levent Ayaşlı «İstanbul: ünsiyyət üçün ən yaxşı yer» filminə, «Ekoloji turizm və xarici turizm» kateqoriyasında Böyük Britaniyadan olan rejissor Geoff Tompkinson «Göl» filminə, «TV filmləri» kateqoriyasında isə avstriyalı rejissorlar Piter BardehleSebastian Lindemann «Zirvələrin simfoniyası/Alp dağları yuxarıdan» filminə görə birinci yerlərə layiq görülüblər.

Qaliblərə qızıl mükafat və 2000 avro pul verilib. Hər bir kateqoriyada ikinci və üçüncü yerlərin sahiblərinə isə müvafiq olaraq gümüş və bürünc mükafatlar verilib.

Avstraliyalı rejissor Cefri Darlinq «Barossa. Sənin ixtiyarında» filminə görə festivalın ən yüksək mükafatına «Qran-pri»yə layiq görülüb. Ona diplom və 4000 avro təqdim edilib.

Azərbaycanlı rejissor Mariya İbrahimovanın «Azərbaycan: Şərqin Avropa cazibəsi» filmi «Milli mükafat»a, italiyalı rejissorlar Ciulio PedrettiRoberto Karini «Thilafuşi Qon Dhudoh - Maldivlərdə sonuncu tullantı yeri» filmi isə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

Nazirlik bildirir ki, artıq ənənə halını almış festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr edilən, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir.

Festival, eyni zamanda, diqqəti Azərbaycanın turizm potensialına cəlb etməyi də qarşısına məqsəd qoyub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG