Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:17

ABŞ prezidenti müsəlmanları Ramazanın başlanmasına görə təbrik edib


ABŞ prezidenti Barack Obama

.

«Amerika xalqı adından Michelle və mən ABŞ və bütün dünyadakı müsəlmanlara ən xoş arzularımızı çatdırırıq».

ABŞ prezidenti Barack Obama Ramazan ayının başlanması ilə bağlı təbrikində belə deyib.

Obama deyib ki, bu ay bütün Ramazan boyunca, yoxsulluq və iqtisadi bərabərsizliklə mübarizə aparanlar da daxil olmaqla, ehtiyacı olanlara yardımların göstərildiyi bir aydır.

ABŞ prezidenti bildirib ki, Ramazan dünyada çoxlu sayda adamın mənasız müharibələrdən əziyyət çəkdiyi bir vaxtda hər bir insana sülhün və ədalətin ardınca getməyi xatırladır.

XS
SM
MD
LG