Keçid linkləri

2025, 28 İyul, Bazar ertəsi, Bakı vaxtı 21:26

Ukraynada atəşkəs iyunun 30-a qədər uzadılıb


-

Ukrayna prezidenti Petro Poroshenko elan etdiyi atəşkəsi iyunun 30-a qədər uzadıb.

Xəbəri Ukrayna prezidentinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, dövlət başçısı Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını əsas götürərək atəşkəs rejimini iyunun 30-a qədər uzadıb.

Bundan əvvəl Petro Poroshenko iyunun 20-dən 27-ə qədər atəşkəs elan etmişdi.

XS
SM
MD
LG