Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:25

Yeni kitabını Çində çap etdirə bilmir


-

ABŞ-ın keçmiş dövlət katibi Hillary Clinton-un “Çətin seçimlər” adlı yeni kitabının Çində çapı baş tutmadı.

Çinin yayım şirkətləri bu günlərdə ABŞ-da işıq üzü görən kitabın həm ingiliscə variantını yaymaqdan imtina ediblər, həm də kitabı tərcümə edib nəşr etməkdən.

656 səhifəlik kitabda Clinton dövlət katibi olduğu illərdən danışır, Çin hökumətini də tənqid edir, senzura hallarından danışır, Çini “ziddiyyətlərlə dolu ölkə”, “Asiyada anti-demokratik hərəkatın mərkəzi” adlandırır.

Kitabı çap etmiş “Simon & Schuster” nəşriyyatı isə bildirib ki, yayım şirkətlərinin bu addımı Çində söz azadlığının səviyyəsini göstərir, bu elə kitaba Çin hökuməti tərəfindən qadağa qoyulması anlamına gəlməlidir. Çünki biznes qurumları hökumətin siyasətini tənqid edən kitabları çap etsələr, problemləri yarana bilər.

İndiyəcən 16 ölkədən nəşriyyatlar Clinton-un memuarlarını tərcümə edib yaymaq hüququnu əldə ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG