Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:12

«Ölkədə taxılın məhsuldarlığı azala bilər»


Arxiv foto
Arxiv foto

İyunun 27-də iqtisadi inkişaf naziri Heydər Əsədov Gəncədə qəbul keçirib.

Nazir bildirib ki, son günlər ölkədəki iqlim dəyişikliyi taxıl məhsulunda 1-2 sentner daha az məhsul əldə olunmasına səbəb ola bilər. Əlavə edib ki, bu il bəzi rayonlarda quraqlıq olub, belə iqlim dəyişikliyinə isə sonuncu dəfə 1982-ci ildə rast gəlinib.

Qəbulda nazir fermerlərə lizinq yolu ilə texnikaların verilməsi prosesinin bundan sonra da davam edəcəyini və hər ay belə tədbirlərin keçiriləcəyini bildirib. Nazir təlim keçən 50 fermerə aldıqları traktorların sənədlərini verib və bildirib ki, gələcəkdə fermerlərə texnikaların lizinq yolu ilə verilməsi mexanizmində də təsərrüfat sahiblərinin xeyrinə dəyişiklik ediləcək.

Növbəti mərhələdə isə fermerlərə 120 traktor veriləcək. Bundan sonra növbəti illər üçün tələbatlar nəzərə alınmaqla istehsalçı müəssisəyə sifarişlər veriləcək.

XS
SM
MD
LG