Keçid linkləri

2017, 23 Fevral, Cümə axşamı, Bakı vaxtı 18:23

Əfqanıstanda prezidentliyə namizəd Ashraf Ghani seçkini saxtalaşdırmasına dair iddiaları rədd edib. Ghani onu dəstəkləyən bülletenlərin qanuni şəkildə qutuya atıldığını söyləyib. O, Kabildə tərəfdarları qarşısında çıxış edib:

«Bizim səslər təmizdir, hər bir səsi müdafiə edəcəyik».

Əfqanıstanın seçki komissiyasının yüksək rütbəli rəsmisi Zia-ul-Haq Amirkhail iyunun 23-də istefa verib. Digər namizəd Abdullah Abdullah onu seçkinin nəticələrini Ghani-nin xeyrinə saxtalaşdırmaqda ittiham edir.

Əfqanıstanda siyasi böhran yaranıb. Parlamentdə müzakirə keçirilib, BMT etnik parçalanmaya qarşı xəbərdarlıq edib.

Amirkhail və Ghani etnik paştunlardır. Abdullah etnik tacik fraksiyasındandır, Taliban rejiminə qarşı çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG