Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:41

İraqda İSİD-in irəliləməsində 17 günə 1075 adam ölüb


BMT bildirir ki, iyunun 5-dən 22-nə kimi İraqda bomba partlayışlarından və edamlardan 1075 adam ölüb.

Bu ölümlər İraq və Suriya İslam Dövləti yaraqlılarının Anbar vilayətini tutub, Bağdada doğru irəliləməsi ilə bağlıdır.

İyunun 24-də İraqda səfərdə olan ABŞ Dövlət katibi John Kerry İraq Kürdüstanı muxtar regionunun lideri Massud Barzani ilə görüşür. Onlar İraqda yeni hökumətin yaradılmasını müzakirə edirlər. Bu hökumətdə sünnilər daha geniş təmsil olunmalıdır.

Hazırda İraq hökumətində şiələr üstünlük təşkil edir. İSİD isə sünnilərdən ibarətdir.

İSİD Baijidə İraqın ən böyük neft emalı zavodunu tutduğunu da bildirir, rəsmi Bağdad bunu təkzib edir.

XS
SM
MD
LG