Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:32

Keçmiş siyasi məhbuslar AŞPA-ya müraciət ediblər


-
Bu barədə açıqlama yayan «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansı «Siyasi məhbusların azadlığa buraxılması üçün səylərinizi artırın» çağırışı ilə Avropaya üz tutub.

Alyansın yaydığı müraciətdə deyilir ki, onlar Azərbaycanda qanunsuz həbs həyatı yaşamış keçmiş siyasi məhbuslardı.

«Adlarımız insan haqlarını müdafiə edən müxtəlif beynəlxalq təşkilatların, o cümlədən AŞPA-nın siyasi məhbuslar üzrə xüsusi məruzəçisi olmuş deputat Kristofer Ştrasserin hazırladığı siyahıdan sizlərə tanış gələ bilər».

Siyasi məhbuslar deyirlər ki, yerli və beynəlxalq ictimaiyyətin dəstəyi ilə həbsdən azad olunsalar da «ictimai-siyasi fəaliyyətinə görə həbs olunmuş digərləri hələ də dəmir barmaqlılar arasındadır».

Müraciətdə bildirilir ki, Azərbaycan siyasi və vicdan məhbuslarının sayına görə Avropanın lider ölkələrindən biridir. Çağırış müəllifləri xahiş edirlər ki, «Azərbaycanın AŞ Nazirlər Kabinetinə sədrlik edəcəyi qarşıdakı 5 ay ərzində ölkədəki insan haqları ilə bağlı vəziyyətə diqqəti artırsınlar».

Siyasi məhbuslar AŞPA-nın Azərbaycandakı siyasi məhbuslarla bağlı xüsusi məruzəçinin təyin olunmasını və mövcud duruma dair hesabatın hazırlanıb qurumun növbəti sessiyasına çıxarılmasını istəyirlər. O cümlədən, onlar həbsdə olan siyasi məhbusların azadlığa buraxılması üçün də AŞ-nın öz köməyini əsirgəməməsini xahiş edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG