Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 06:45

Atəşkəs elan olunsa da Ukraynada atəş səsləri eşidilir


-
Ukraynanın şərqində separatçıların Ukrayna Ordusunun mövqelərinə hücumları davam edir.

Ukrayna Sərhəd Xidmətinin məlumatına görə, iyunun 21-dən 22-də keçən gecə Luqansk vilayətinin iki yaşayış məntəqəsi atəşə tutulub. Bir sərhədçi yaralanıb.

Donetsk vilayətinin Artyomsk şəhərində isə separatçılar hərbi hissələrdən birinə hücum edib. Atəş yaşayış evlərinin birindən açılıb. Donetskdə hazırda küçələrdə Ukrayna DİN-in əməkdaşları və könüllülər patrul keşiyi çəkir.

Kramatorsk və Slavynaskda da gecə atəş səsləri eşidilib.

Ukrayna prezidenti Petro Poroshenko bir həftəlik atəşkəs elan edib. Birtərəfli qaydada elan olunan atəşkəs iyunun 20-dən qüvvəyə minib.

Poroshenko deyib ki, silahları yerə qoyan və ağır cinayətlər törətməyən qiyamçılar cinayət məsuliyyətindən azad olunacaqlar.

UKRAYNA XƏBƏRLƏRİNİ CANLI BLOQDA İZLƏ

Günün bütün mövzuları

XS
SM
MD
LG