Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:06

DİN: "Poroshenko yaxın vaxtda müvəqqəti və birtərəfli atəşkəs fərmanı imzalayacaq"


Ukrayna prezidenti Petro Poroshenko deyib ki, yaxın vaxtlarda ölkənin şərqində atəşkəs barədə fərman imzalaycaq. Bu atəşkəs birtərəfli və müvəqqəti olacaq. Bu məlumatı daxili işlər nazirliyinin vebsaytı verir.

Nazirliyin saytında deyilir: “atəşkəs elan olunur ki, terrorçular silahı yerə qoya bilsinlər. Kim ki, bunu etməyəcək, o, məhv ediləcək”.

Bir az əvvəl Poroshenko demişdi ki, atəşkəs şərq regionunda sülh planının tərkib hissəsidir. Bu plan 14 maddədən ibarətdir.
XS
SM
MD
LG