Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:38

Putin iyulun 13-də Braziliyaya final oyununa gedəcək


Rusiya prezidenti Putin Braziliyaya Dünya Kubokunun final oyununa gedəcək. Bunu Kremldən bildiriblər.

İyulun 13-də final oyunundan sonra Braziliya prezidenti Dilma Rouseff rəmzi mərasimdə Dünya Kuboku yarışlarına ev sahibliyini Rusiya prezidenti Putinə təqdim edəcək.

2018-ci ildə Dünya Kubokunun final yarışları Rusiyada keçirilməlidir. Rusiya buna 20 milyard dollar pul xərcləməyi planlaşdırır.

Braziliya Dünya Kubokuna hazırlığa 11,3 milyard dollar xərcləyib.
XS
SM
MD
LG