Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 06:12

Atabala «Qran Pri» aldı


Atabala Manafzadə
-
İyunun 11-dən 17-dək Almaniyanın Mülaker şəhərində keçirilmiş «Baden-Vürtemberqdə musiqili atəşfəşanlıq» adlı IV Beynəlxalq müsabiqədə Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin X sinif şagirdi, Prezident təqaüdçüsü Atabala Manafzadə böyük uğur qazanıb.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, Almaniya, Azərbaycan, İtaliya, Qazaxıstan, Moldova, Niderland, Rusiya və Türkiyədən iştirakçıların qatıldığı tədbirdə A.Manafzadə müsabiqənin ən yüksək mükafatına – «Qran Pri»yə layiq görülüb.

Müsabiqədə A.Manafzadənin müəllimi-- respublikanın əməkdar müəllimi Kamilla Əmirovanın işi xüsusi qeyd edilib və o, müsabiqənin diplomu ilə təltif edilib.
Azərbaycanı təmsil edən daha iki iştirakçı --Bakı şəhər L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri Elçin MəmmədovMədinə Ağayeva I və II dərəcəli Diplomlara layiq görülərək müsabiqənin laureatı olublar.
XS
SM
MD
LG