Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:29

Richard Morningstar: «Münaqişə birdəfəlik nizamlanmalıdır»


ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar
ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar

«ABŞ da daxil olmaqla ATƏT-in Minsk qrupu həmsədrləri çox səylə çalışır ki, təmas xəttində gərginlik artmasın, atəşkəsin pozulması halları baş verməsin».

Bunu iyunun 20-də jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar deyib.

Səfir deyib ki, bu məsələdən narahat olduğunu dəfələrlə bildirib:

«Mən dəfələrlə qeyd etmişəm, bir daha vurğulamaq istəyirəm ki, təmas xəttində hər bir insan itkisi faciədir. Bunun qarşısı alınmalıdır, belə hallara yol verilməməlidir. Bunu təmin etmək üçün münaqişə birdəfəlik nizamlanmalıdır. Biz nizamlanma istiqamətdə səylərimizi davam etdirəcəyik».
XS
SM
MD
LG