Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 03:43

Həm rüşvət verənəm, həm də alanam!


-

Son həftələrdə "Oxu zalı"na göndərilmiş şeirlərdən seçmələr


Əfsanə


Həmid Herisçiyə

Ölən ümidlərin qəbiristanlığıdır burası.
Ümid öləndə sol tərəfdə heç nə işləmir.
“Sağ” nəyə ümid edib böylə canfəşanlıq edir?!
De görüm axı, “sağ əl” nəyə yaradın
Qaşıq qaldırmaqdan,
Qələmi kağızlara sürtməkdən başqa!?
Sən, “Sağ ayaq” nə etdin
keçi kimi qabağa qaçmaqdan özgə!
“Sağ çiyin” tabut daşıyırsan yaranandan
Təəssüf...
Ona görə adam həyatdan bezir
“Sağ” qalmaq istəmir...



Orxan İsmayıl


Yalan qalibdir

Həqiqət vərəqlərini sadaladı barmaqlarım,

Tez qurtardı.

Doğrunu salıb altına təpikləyir Ali Yalan,

O bacardı.

Bu savaşın nəticəsi bəlli oldu hər birinə,

Həftə sonu.

Uçurdular əlahəzrət, şah yalanın xatirinə

Şar balonu.

Hər yalanın hədiyyəsi özü boyda yalan oldu,

Əyri oldu.

Doğruları yandırmaqçün icazə də alan oldu,

Xeyri oldu.

Qalaqlayıb, bir quyuya tökürdülər, üstlərinə

Qara torpaq.

Doğruların hökmdarın tulladılar ən dərinə,

“Öl ay axmaq”.

Ölüm baba qarşıladı meyitləri hissə-hissə,

Bədən-bədən.

Şənlik idi, “xalq” sevinir, yoxuydu üzlərdə qüssə,

Nə ah çəkən.

Sona çatdı, həqiqətin, ədalətin rəngləri də,

Silindilər.

Yalanlarsa ayaq tutdu, dəstələrə, takımlara


Habil Yaşar


İçimdə...


Səni itirirəm dünənlər kimi,
Hər sabah bir dünən ölür içimdə.
Ömrümdən zamansız gedirsən mənim,
Ağlayır içim də, ölür içim də.


Səni itirirəm nur, işıq kimi,
Yerinə qaranlıq doğur içimdə.
Yuxular o qədər qarışıq düşüb,
Hər kəs bir-birini boğur içimdə.


Səni itirirəm ümidlər kimi,
İntihar arzusu gəzir içimdə.
Bəlkə Allahın da səbri tükənmiş,
Sonuncu şerini yazır içimdə.

05.04.2014
1:38:22



Şəhriyar İbrahimov


Mənim Vətənim

Böhtan danışıram, yalan deyirəm.
Həm rüşvət verənəm, həm də alanam.
Yerim də hazırdı cənnətdə. nə qəm?!
Əsası beş dəfə namaz qılanam....

Beşi ac olanda, tox olur biri.
Kasıb cəhənnəmə. eyləmə kömək,
Nəzir qutusuna verək xeyiri,
Sonra da "ALLAH-a ŞÜKÜR" eyləyək...

Hərbi biletlər də satılan gündən,
Üstü qaysaqlanmış irinsən, həyat!
Şair doğru deyib, doymuruq səndən,
"Şirinlik" olanda şirinsən həyat...

Vallah öyrənmişik yaşayaq ürkək,
Duyaq ağ kəslərin qara kölgəsin.
Ağac nəyə lazım, gedib saç əkək.
Papaqsız başlara soyuq dəyməsin....

Ərəbcə quranı oxu, pul ilə,
Nə alsan qənimət, bir az da çox al.
Oruc tut, günahi sığorta elə,
Yediyin kolbasa halaldı, halal...

Soyun dərisini, atin dustağa.
Rüşvət almayibsa əlini kəsin.
Xalqı başlayibsa donquldatmağa,
Kar edin, kor edin, dilini kəsin....

Əldən nə gəlir ki otur, ha qına.
Bir gün öz atına minər, bu Vətən,
Girib öz yoluna, öz cığırına,
Murdar toyuqlardan "dönər" bu Vətən....

Şəhriyar az danış, özünü yorma.
Danışmaq üstündə bil ki tutarlar,
Əgər bu suçdursa kassaya vurma,
Bəlkə o dünyada vergi tutarlar...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG