Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:20

“Araz Kursları”nın fəaliyyəti dayandırıldı


Arxiv foto
Arxiv foto
-
Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) ümumtəhsil müəssisələri və “Araz Kursları”nın fəaliyyəti dayandırıldı.

Bu barədə iyunun 18-də adı çəkilən təhsil müəssislərini maliyyələşdirən Dövlət Neft Şirkəti (ARDNŞ) məlumat yayıb. Dövlət Neft Şirkəti bu təhsil müəssisələrinin bağlanmasını əlavə xərclərin qarşısının alınmasıilə izah edir.


”Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin təsisçilərinin ümumi yığıncağının 18 iyun 2014-cü il tarixli qərarı ilə Birliyin təsisçisi olduğu Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) nəzdində fəaliyyət göstərən “Araz Kursları” MMC, onun təsisçisi olduğu digər qurumların və ümumtəhsil məktəblərinin fəaliyyəti ilə bağlı ABTM-də yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin maliyyə və idarəetmə baxımından mürəkkəbliyini nəzərə alaraq qeyd olunan qurumların ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdi”

Birliyin ümumi yığıncağında o da qeyd olub ki, “Araz Kursları” MMC-nin fəaliyyəti ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatanadək davam etdiriləcək və ABTK-da təhsil alan və əmək münasibətlərində olan şəxslərin hüquqları və qanuni mənafeləri qanunvericiliyə uyğun şəkildə təmin olunacaq.

“Belə ki, hər bir təsisatda təhsil alan və çalışan şagird və pedaqoji heyətin yeni dərs ili başlayanadək müvafiq qaydada yerləşdirilməsi üçün lazımi tədbirlər görüləcək”.

Sosial çəbəkələrdə gedən məlumatlarda adı çəkilən təhsil müəssisələrinin “nurçuluq”la bağlı olduğu bildirilir və həmin müəssisələrin məhz elə həmin səbəbdən bağlandığı iddia olunur.
XS
SM
MD
LG