Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:12

«Milli Qəhrəmanlar» sənədli filmlər həftəsi keçiriləcək


Mübariz İbrahimov
Mübariz İbrahimov
-
Mədəniyyət və Turizm Nazirliyi iyunun 19-dan 26-dək «Milli Qəhrəmanlar» sənədli filmlər həftəsi keçirəcək.

«Salnamə» və «Yaddaş» sənədli filmlər studiyalarında dövlət sifarişi ilə çəkilmiş 11 filmin təqdimatı Bakı və Sumqayıt şəhərlərində, Ağdam, Oğuz, Göyçay, Quba, Biləsuvar, Xaçmaz rayonlarında təşkil olunacaq.

«26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü»nə həsr olunan kino-baxışlar Rayon Mədəniyyət və Turizm Şöbələri və Bakı Şəhər Kino Xidməti İdarəsi tərəfindən həyata keçiriləcək.

Nazirlik «Milli Qəhrəmanlar» sənədli filmlər həftəsinin cədvəlini də açıqlayıb:

19.06.2014-cü il-- Bakıda Milli Qəhrəman Afqan Hüseynova həsr olunmuş «Qəhrəman» adlı filmin təqdimatı,

20.06.2014-cü il -- Oğuz rayonunda Milli Qəhrəman Koroğlu Rəhimova həsr olunmuş «Vətənim mənim» adlı filmin təqdimatı,

20.06.2014-cü il -- Göyçay rayonunda Milli Qəhrəman Kovalyov Yuriyə həsr olunmuş «Azərbaycanlı Yura» adlı filmin təqdimatı,

20.06.2014-cü il -- Xaçmaz rayonunda Milli Qəhrəman Yaşar Şahbazova həsr olunmuş «Bitməyən ömür» adlı filmin təqdimatı,

20.06.2014-cü il -- Bakıda Milli Qəhrəman Gültəkin Əsgərovaya həsr olunmuş «Gültəkin» adlı filmin təqdimatı ,

22.06.2014-cü il -- Ağdam rayonunda Milli Qəhrəman Asif Məhərrəmova həsr olunmuş «Haqqa söykənmiş həyat» adlı filmin təqdimatı,

24.062014-cü il-- Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş «Mübarizlik Zirvəsi» adlı filmin təqdimatı,

25.06.2014-cü il-- Quba rayonunda Milli Qəhrəman Albert Aqarunova həsr olunmuş «Dostuma məktub» adlı filmin təqdimatı ,

25.06.2014-cü il-- Bakıda Milli Qəhrəman Rasim İbrahimova həsr olunmuş «Adadan başlayan yol» adlı filmin təqdimatı ,

25.06.2014-cü il -- Sumqayıtda Milli Qəhrəman Mətləb Quliyevə həsr olunmuş «Həsrətlə cənnətə qovuşanlar» adlı filmin təqdimatı,

26.06.2014-cü il—Bakıda Milli Qəhrəman Məzahir Rüstəmova həsr olunmuş «Xatirələrdə yaşayan ömür» adlı filmin təqdimatı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG