Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:27

Molladan ABŞ-a dost olarmı? - Mətbuat icmalı


İran prezidenti Rouhani futbol üzrə dünya kuboku oyununa baxır
İran prezidenti Rouhani futbol üzrə dünya kuboku oyununa baxır
Lavrov Bakıya Azərbaycanın əhəmiyyətinin xeyli artdığı vaxtda gəlib.

Cheney-nin fikrincə, Obama 5 ay əvvəl İraqdakı yaraqlıları tamam yanlış qiymətləndirirdi.

SSRİ-nin bərpası futboldan başlana bilər

Dünya mediası bu gün nədən yazır?


Stratfor araşdırmalar mərkəzi yazır ki, Azərbaycan Rusiya ilə Qərb arasında balans axtarır. Stratforun fikrincə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya Azərbaycanın əhəmiyyətinin çox artdığı vaxtda gəlib.

Strafor yazır ki, Azərbaycanın əhəmiyyəti təkcə Qafqaz regionunda yox, bütün Avrasiyada artır.

Mərkəzin fikrincə, Azərbaycan üçün ən yaxşısı balans saxlamaqdır. Azərbaycan son illər nə Qərbə, nə də Rusiyaya qoşulmadan onların hər ikisi ilə əməkdaşlıq edə bilib. Ancaq son vaxtlar Rusiya ilə Qərbin rəqabətinin artması Azərbaycanın bu balansı saxlamağına da sınaq olacaq.

CHENEY OBAMADAN NARAZIDIR

2001-2009-cu illərdə ABŞ-ın vitse-prezidenti olan Dick Chaney Wall Street Journal qəzetində yazır ki, Obamanın doktrinası məhv oldu.

Dick Cheney vurğulayır ki, İraq və Suriya İslam Dövləti (İSİD) yaraqlıları Bağdada doğru irəliləyir. Cəmi bir neçə ay qabaq – 2014-cü ilin yanvarında ABŞ prezidenti Obama İSİD haqda deyirdi: “Komandaya Los Anceles Lakers basketbolçularının formasını geyindirməklə onlar Kobe Bryant olmaycaqlar”.

Cheneyin fikrincə, nadir hallarda ABŞ prezidenti belə yanılır. Obama neçə dəfə təkralayıb ki, müharibə İraqda və Əfqanıstanda artıq qurtardı. Ancaq onun danışıqlarını reallıq dağıtdı.

Cheney məqaləsində yazır ki, o, yazda Yaxın Şərqə səfər edəndə hamı ondan soruşurdu ki, “prezident nə ilə məşğuldur?”

Cheney narazılıq edir ki, İraq radikal islamçıların əlinə keçə bilər, Obama isə iqlim dəyişikliyindən danışır.

ABŞ-IN MOLLA DOSTLARI

Wall Street Journal “Bizim molla dostlarımız” məqaləsində yazır ki, Obama hökuməti köhnə ideyanın yeni versiyasına qayıtdı – İrana tərəfdaş kimi baxmaq ideyasına.

Qəzet istehza ilə yazır ki, “ terrorçu dövlət yarada biləcək sünni ekstremistlərlə mübarizə aparmaq üçün terrorizmə sponsorluq edən Şiə rejimi ilə əməkdaşlıq etmək istəyirik. “

Qəzet bu əməkdaşlığın gələcəyinə inanmır. Çünki ABŞ-ın və İranın Yaxın Şərqdəki maraqları üst-üstə düşmür.

ÇİN PULLARININ 3-CÜ ƏN BÖYÜK ÜNVANI

Daily Telegraph qəzeti yazır ki, Britaniyanın baş naziri Cameron Çinin Britaniyaya investisiyalarının çoxluğu ilə fəxr edir, ancaq Çinin ticarət nazirliyinin yenicə açıqladığı məlumata görə, Çinin ən çox pul qoyduğu yerlər Honq Konq və ABŞ-dan sonra Qazaxıstandır.

Çin 2012-ci ildə Qazaxıstana 3 milyard dollar pul qoyub. Müqayisə üçün , Britaniyaya qoyulan Çin investisiyaları 2,7 milyard dollardır. Britaniya Çin pularının gəldiyi ölkələr arasında 4-cü yerdədir.

Qəzetin fikrincə, xarici investorlrı 10 illiyə vergidən azad etdiyini keçən ay elan edən Qazaxıstana xaricdən gələn sərmayə kəksin artacaq.


SSRİ-NİN BƏRPASI FUTBOLDAN BAŞLAYIR

Rusiya SSRİ-nin bərpasını futboldan başlaya bilər. Guardian qəzeti yazır ki, Moskva futbolda regional super liqa yaratmaq planınında israrlıdır, hərçənd Ukrayna hadisələrindən sonra Ukrayna bu liqaya yəqin ki, qoşulmaycaq.

İlkin təklifə görə, liqada 32 klub olacaq. Bunların əsas hissəsi Rusiya klubları olmalıdır. Ermənistan, Belarus, Qazaxıstan klubları da bunlara qoşulacaq.
İlkin olaraq Ukrayna klubları da bura daxil edilmişdi. Ancaq bu, Ukrayna hadisələrindən qabaq idi.

Yeni futbol liqasının modeli Kontinental Hokkey Liqasının modelidir. Hokkeydə bu liqa 2008-ci ildə yaradılıb və 21 Rusiya klubu ilə yanaşı Çexiya, Xorvatiya, Latviya, Qazaxıstan klublarını da əhatə edir.

Yeni futbol liqasının təşkilat komitəsi 2012-ci ildə yaradılıb. Rusiyanın tanınmış futbol şərhçisi Polyakov deyir ki, o, məsləhətçi kimi bu işdə iştirak edib. Polyakov Rusiyanın prezident administrasiyasındakı mənbələrə istinadla deyir ki, “Putin bu futbol liqasının olmasını istəyir. Bu, onun üçün prioritetdir”.

PUTİNİN MÜDAFİƏ SİSTEMİ

“Putinin agıllı müdafiəsi”. Jamestown.org yazır ki, Putin 2012-ci ildə demişdi ki, Rusiyanın təhlükəsizlik strategiyasının mərkəzində “ağıllı müdafiə” durmalıdır.
Jamestown.org yazır ki, indi bu ağıllı müdafiənin nə olduğunu görmək olur. Bu, müharibələrdir, müharibə şayiələridir, informasiya müharibələridir, müharibə nəslinin yetişdirilməsidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG