Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:07

Luqanksda «Aydar» batalyonundan 4 nəfər ölüb


Ukrayna
Ukrayna
-
Luqanskda dünənki döyüşlərdə «Aydar» batalyonundan 4 nəfər ölüb, beş nəfər əsir götürülüb. Bu batalyon Maydanı müdafiə edən döyüşçülərdən formalaşıb.

İtkilər barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy facebook səhifəsində yazıb.

Ukraynanın şərqində hərbi əməliyyatların dayandırılması üzrə prezidentin köməkçisi postuna İrina Gerashenko təyin olunub. Ancaq Luqansk separatçıları Rusiya tərəfinin vasitəçiliyi olmadan onunla danışıqlara getməyəcəyini deyib.

Donetsk və Luqanskda separatçılara qarşı əməliyyat aprelin ortalarında başlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG