Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:36

III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsi başlayıb


Mahmud Kaşğarlı
Mahmud Kaşğarlı
-
Avrasiya Yazarlar Birliyi və Azərbaycan Yazıçılar Birliyi III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinə start verib.

Xəbəri AYB Mətbuat Xidməti yayıb.

20-DƏN ÇOX ÖLKƏ QATILACAQ

Yarışma Azərbaycan, Balkanlar (Qərbi Trakya, Bolqarıstan, Kosova, Makedoniya, Rumıniya) Başqırdıstan, Qaqauz, İraq, İran, Qazaxıstan, Krım, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Türkiyə, Türkmənistan, Uyğurlar, Çuvaşıstan, Hakasiya, Yakutiya, Altay, Tuva, Şimali Kipr Cümhuriyyəti daxil olmaqla, 20-dən artıq ölkəni əhatə edəcək.

BİRİNCİ YERİ TUTANLARIN ƏSƏRLƏRİ TÜRKİYƏ TÜRKCƏSİNƏ ÇEVRİLƏCƏK

Avrasiya Yazarlar Birliyi müsabiqənin şərtlərini belə açıqlayıb:

«III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsi türk dillərindən hər hansı birini bilən və yarışmaya qatılmaq istəyən hər kəs üçün açıqdır. Yazarlar hansı ölkədə yaşamalarından asılı olmayaraq, yazı zamanı istifadə etdikləri türkcəyə uyğun münsiflər heyətinə müraciət edə bilərlər. Müsabiqə 2 turdan ibarətdir. I tur ayrı-ayrı ölkələrdə (yerlərdə) keçirilir.

Ölkələr üzrə mükafatlandırılma 3 (üç) yerdən ibarətdir. Ölkələrdən birinci yer tutanların əsərləri Türkiyə türkcəsinə çevrilərək, Türkiyə türkcəsini bilmək şərti ilə ayrı-ayrı türkdilli ölkə yazarlarından təşkil edilmiş münsiflər heyətinə təqdim ediləcək. Ölkələrdə əsərlər 30 sentyabr 2014-cü il tarixinə kimi təqdim edilə bilər, ölkələr üzrə qaliblərin adları 1 noyabr 2014-cü ilədək açıqlanacaq.

Ölkələrdə mükafatların təqdimatı 2014-cü ilin noyabr ayında olacaq. Ölkələrarası qaliblər seçimi 2014-cü ilin noyabrında, ölkələrarası mükafatların təqdimatı 2014-cü ilin dekabrında Bakıda olacaq. İştirakçılar müsabiqə üçün əsərləri bu ünvana göndərə bilərlər:

Bakı şəhəri, Ş. Mustafayev küçəsi 27/121, Azərbaycan Tərcümə Mərkəzi binasının 1-ci mərtəbəsi, «525-ci qəzet». Tel: (012) 566-93-40, (012) 566-67-98; mobil: (+994) 50 263 72 13. E-mail: cemile525@yahoo.com <mailto:cemile525@yahoo.com> Cəmilə Ələkbərova».

MÖVZU SEÇİMİ SƏRBƏSTDİR

Müsabiqənin şərtlərinə əsasən, mövzu seçimi sərbəstdir, yarışmaya təqdim ediləcək əsərlər göstərilən ünvana əllə və yaxud poçt vasitəsilə göndərilə bilər. Hekayələr böyük zərfin içinə qoyulmalı və zərfin üstünə müəllifin şərti adı yazılmalıdır.

Müsabiqəyə heç yerdə çap olunmamış əsərlər təqdim edilməlidir. Yarışmaya ən çox iki hekayə təqdim etmək olar və təqdim ediləcək hekayələrin ən azı 10.000 (on min) və ən çoxu 30.000 (otuz min) işarə olması şərtdir.

QALİB ƏSƏRLƏR KİTABDA TOPLANACAQ

Məlumatda bildirilir ki, müsabiqəyə təqdim edilən hekayələrin altından qeyd edilən şərti addan başqa, müəllifin kimliyini göstərən hər hansı bir işarə əlavə olunarsa, yazı müsabiqədən kənarlaşdırılacaq:

«İştirakçı adını, soyadını, ünvanını, avtobioqrafiyasını və 1 (bir) ədəd şəklini ayrı bir kiçik zərfə qoyub, zərfin üstünə şərti adını yazmalıdır. Həmin zərf hekayə olan böyük zərfin içinə qoyulmalıdır. Hekayələr 6 (altı) nüsxədən ibarət olmaqla, 12 ölçülü şriftlə yığılmalı və çap variantında təqdim edilməlidir. Müsabiqədə qalib gəlmiş əsərlər kitab şəklində nəşr olunacaq.

Buna görə də zərfin içində yazıların Word proqramında yığılmış variantı CD və yaxud diskə yüklənmiş şəkildə göndərilməlidir. Müsabiqəyə təqdim edilmiş hekayə mətnləri geri qaytarılmır və mətn müəllifi bununla bağlı heç bir haqqa iddia edə bilməz.

Müsabiqədə mükafat qazanan əsərlərin bütün hüquqları Avrasiya Yazarlar Birliyinə məxsus olacaq. Münsiflər Heyəti üzvləri və onların ailə üzvləri , doğmaları müsabiqəyə qatıla bilməz».

MÜKAFATLAR:

Ölkələr üzrə birinci yer üçün 1000 TL (Türkiyə lirəsi), ikinci yer üçün 750 TL, üçüncü yer üçün 500 TL məbləğində mükafat nəzərdə tutulub. Beynəlxalq mükafatların məbləği isə ilk yerin sahibi üçün 10.000 TL, sonrakı yerlər üçün müvafiq olaraq 7.500 TL və 5.000 TL təşkil edir. Beynəlxalq həvəsləndirici mükafatın məbləği 2.500 Tl-dir.

Müsabiqə Türkiyə Cümhuriyyəti Bakanlık Tanıtma Fondunun dəstəyi ilə həyata keçirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG