Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Dekabr, çərşənbə, Bakı vaxtı 08:07

Korrupsiya ilə mübarizə idarəsinin keçmiş rəsi müavini özünü 6-cə mərtəbədən atıb


Rusiyanın Daxili İşlər nazirliyində korrupsiya və iqtisadi cinayətkarlıqla mübarizə idarəsinin keçmiş rəis müavini intihar edərək İstintaq İdarəsinin binasının 6-cı mərtəbəsinin balkonundan özünü atıb.

Boris Kolesnikov cinayətkar dəstə düzəltməkdə, rüşvət istəməkdə və səlahiyyətlərini aşmaqda ittiham olunurdu. Kolesnikov fevral ayında həbs olunub.

Onunla birlikdə onun keçmiş rəisi də həbs olunmuşdu.

İstintaq İdarəsindən Markin bildirib ki, Kolesnikov həbsdə olarkən 2 dəfə intihara cəhd etmişdi.

Kolesnikovun cinayətləri sübut olunsa idi, onu 10 ilədək həbs cəzası gözləyirdi.
XS
SM
MD
LG