Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:38

İsrail 80-ə yaxın fələstinlini saxlayıb


İsrail təhlükəsizlik qüvvələri 80-ə yaxın fələstinlini saxlayıb. Onlar keçən həftə oğurlanmış üç israilli tələbənin axtarışı üzrə keçirilən əməliyyat prosesində saxlanıblar. Saxlananların çoxu HAMAS üzvləridir.

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Fələstin muxtariyyətinin rəhbərliyi oğurlanmış yeniyetmə tələbələrin həyatına görə məsuliyyət daşıyır. O deyib ki, gəncləri terrorçu qruplaşma oğurlayıb.

Fələstin hakimiyyəti bildirib ki, yeniyetmələr İsrailin tam nəzarətində olan ərazidə oğurlanıb.

16-19 yaşlı tələbələr cümə axşamı İordan çayının Qərb sahilində axşam məşğələlərdən sonra evlərinə qayıdanda itkin düşüblər.
XS
SM
MD
LG