Pakistan ordusu ölkənin şimal-qərbində yerləşən silahlıların mövqelərinə hava zərbələri endirib. Azı 100 silahlı öldürülüb.
Əməliyyat dağlıq ərazidə, Miranşah şəhərindən 25 kilometr aralıda keçirilib. Bu ərazilərdə Əl-Qaidə silahlıları fəaldır.
Hakimiyyət nümayəndələri bildirib ki, öldürülən yaraqlılar arasında islamçıların liderlərindən olan Abu Abdul Рahman al-Maani də var. Onun Kəraçi hava limanına hücumun təşkilatçısı olduğu bildirilir.
İyunun 8-fə Kəraçi Hava Limanına edilən hücum nəticəsində 38 nəfər öldürülmüşdü.