Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 10:31

Sistani İŞİD-ə qarşı müharibəyə çağırıb


Bağdadda Ayatollah Ali al-Sistani tərəfdarlarının yürüşü
Bağdadda Ayatollah Ali al-Sistani tərəfdarlarının yürüşü
-
İraq şiələrinin dini lideri Ayatollah Ali al-Sistani İraq Şam İslam Dövləti (İŞİD) qruplaşmasına qarşı silahlanmaya çağırıb.

Sistani-nin təmsilçisi Sheikh Abdulmehdi el-Karbelayi bu çağırışı Kərbəladakı cümə xütbəsində edib.

el-Karbelayi deyib ki, «əli silah tutan vətəndaşlar İraqı, İraq xalqını və müqəddəs yerləri müdafiə etmək üçün könüllü təhlükəsizlik qüvvələrinin tərkibinə qoşulmalıdır».

İraqda Mosul və Tikrit şəhərlərini ələ keçirən İraq Şam İslam Dövləti adlı sələfi (vəhhabi) terror təşkilatı paytaxt Bağdad şəhərinə doğru irəliləyir.
XS
SM
MD
LG