Keçid linkləri

2025, 12 İyul, şənbə, Bakı vaxtı 12:07

Dağlıq Qarabağda neqativ əhval Azərbaycanın qalan yerlərindən xeyli çoxdur


Şuşa
Şuşa
-
Dünyada neqativ əhval artır. Bunu Gallup təşkilatının Neqativ Təcrübə İndeksi göstərir.
Bu indeks insanların stres,qəzəb, fiziki ağrı, təəssüf, narahatlıq kimi mənfi emosiyaları nə qədər tez-tez yaşadığını ifadə edir və 2007-ci ildən bəri dünyada bu neqativlik indeksi artır.

Gallup 138 ölkədə və ərazidə yerli sakinlərdən soruşub ki, son 1 gündə stress, qəzəb, ağrı, narahatlıq hissi keçirmisinizmi?

Dünya üzrə cavablar belə olub:

19 faiz deyib ki, son bir gündə qəzəblənib. 27 faiz fiziki ağrı keçirib, harasısa ağrıyıb.
33 faiz stress keçirənlərdir. Narahat olanlar - 34 faiz.

Gallup bu sorğunu Azərbaycanın işğal altında olmayan ərazisində və Dağlıq Qarabağda ayrıca keçirib.

Dağlıq Qarabağda neqativ hisslər Azərbaycanın yerdə qalna ərazisindən xeyli çoxdur.

Dağlıq Qarabağda 37 faiz deyib ki, son 1 gündə neqativ hisslər keçirib.

Azərbaycanın yerdə qalan ərazisində isə cəmi 22 faiz bildirib ki, son bir gündə mənfi hisslər yaşayıb.
XS
SM
MD
LG