Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Sentyabr, Cümə, Bakı vaxtı 06:11

Polşada «Oğuzxan» eposu nəşr edilib


«Oğuzxan» eposu
-
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun təşəbbüsü ilə Polşada «Oğuzxan» eposu nəşr edilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, polyakları Azərbaycan haqqında ətraflı məlumatlandırmaq məqsədilə səfirlik tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, arxitekturası, mətbəxi ilə bağlı Azərbaycan-Polşa seriyaları altında 50 adda müxtəlif kitabların nəşri reallaşır.

Azərbaycan eposları seriyasından «Oğuzxan» eposu səfirlik, Diasporla İş üzrə Dövlət Komitəsi və Adam Mickiewicz İnstitutunun birgə əməkdaşlığı nəticəsində İSBN kodu ilə nəşr olunub ali məktəb kitabxanalarına və yerli ictimaiyyətə təqdim edilib.
XS
SM
MD
LG