Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:01

Keçmiş vicdan məhbusu iki saatdan çox polisdə saxlanılıb


-

«Siyasi məhbuslarsız Azərbaycan» İctimai Alyansının koordinatoru, keçmiş «vicdan məhbusu» Elşən Həsənov iyunun 12-də axşam saatlarında «Koroğlu» metro stansiyasının yaxınlığında saxlanılıb. O, iki saat yarımdan sonra buraxılıb.

E. Həsənov AzadlıqRadiosuna bildirib ki, o, yeni Gimnastika Sarayına gedən yeraltı keçiddə qoyulmuş maneənin fotosunu çəkərkən saxlanılıb. Bədii gimnastika üzrə Avropa Çempionatının keçirilməsi ilə bağlı keçid sərnişinlər üçün bağlı olub. Keçiddən ancaq yarış iştirakçılarının istifadəsinə icazə verilirmiş. O da bu mənzərənin şəklini çəkib.

Elşən Həsənov əvvəlcə metro polisinin bölməsinə aparılıb: «Pasportumu yoxlayandan sonra məni Nizami Rayon Polis İdarəsinə apardılar. Heç bir əsas olmadan iki saat yarım saxladılar. Həmin vaxt telefonumu da əlimdən almışdılar».

İkinci qrup əlil olan E. Həsənovun həkim çağırılması barədə xahişinə baxmayaraq, tibbi yardımın göstərilməsi üçün şərait yaradılmayıb.

Elşən Həsənov deyir ki, o Sülh və Demokratiya İnstitutu nəzdindəki Repressiyalara Müqavimət Mərkəzinə üzv yazılıb və mərkəzin toplantısında çıxış edib: «Hesab edirəm ki, elə saxlanmağım da bununla bağlıdır», deyə keçmiş vicdan məhbusu əlavə edib.
XS
SM
MD
LG