Avropa Birliyi Kosovoda hüququn aliliyi və ədliyyə missiyasını iki illiyə, 2016-cı ilədək uzadıb. 2 min nəfərlik EULEX missiyası 2008-ci ildə, Kosovo Serbiyadan ayrılandan sonra başlayıb. Məqsəd Priştinaya dövlət müəssisələrinin qurulması və hüququn aliliyinin təminatına kömək etməkdir.
AB hökumətləri iyunun 12-də yaydıqları bəyanatda bildirir ki, missiya ədliyyə sektorunda icraedici funksiyasını tədricən azaltmağa başlayacaq. EULEX prokurorları yeni işlərə az çıxacaqlar.
Bəyanata görə, missiya bundan sonra Kosovoda təhlükəsizlik və razılaşmaların icrasına diqqət yönəldəcək.