Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:49

Azərbaycanda növbəti buraxılış imtahanı keçirilir


-

İyunun 13-də respublikanın bir sıra şəhər və rayonlarının orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, imtahanlar Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənddə ümumilikdə 84 imtahan mərkəzində aparılacaq. Saat 10.00-da IX sinif, 15.00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.

Ümumilikdə 47 547 şagirdin imtahan verəcəyi gözlənilir.
XS
SM
MD
LG