-
İyunun 12-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir
ƏLİYEV BARROSO İLƏ ANLAŞA BİLMƏSƏ...
Avropa Komissiyasının prezidenti José Manuel Barroso iyunun 14-də Azərbaycana gəlir. «Azadlıq» qəzeti yazır ki, Barroso-nun səfəri enerji məsələlərinə deyil, Azərbaycanın Avropa Birliyi ilə sıx əlaqələrinə həsr olunacaq:
«Səfər proqramında da bu ehtimal özünü doğruldub. Azərbaycan hakimiyyəti isə nəzarətində olan mətbuat vasitələrində bu mesajı verir ki, Assosiasiya Sazişini imzalamaq fikri yoxdur və yalnız Strateji Əməkdaşlığa hazırdır... Barroso-nun səfəri zamanı mövqe dəqiqləşdirməsi olacaq. Avropa Birliyi maraqlıdır ki, Azərbaycan bu ailənin bir üzvünə çevrilsin. Əgər Azərbaycan birmənalı şəkildə bu təklifdən imtina edərsə, bu o demək olacaq ki, Azərbaycan Rusiyanın təsir dairəsində qalmağa üstünlük verir. Belə olacağı təqdirdə, bu gün ABŞ-ın sərgilədiyi mövqeyi, Avropa Birliyi də təkrarlayacaq. Bu həm də onun aydınlaşması olacaq ki, Azərbaycanın Qərbə inteqrasiyası, İlham Əliyev hakimiyyəti ilə mümkün deyil. Ona görə də demokratik proseslərin inkişafı üçün, Azərbaycandakı vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq gündəmə gələcək».
MÜXALİFƏTİN BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ İŞTİRAKI SUAL ALTINDADIR
Bu ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. «Yeni Müsavat» qəzeti yazır ki, seçkilərin keçirilməsinə 6 ay qalsa da, bəzi müxalifət partiyalarını çıxmaq şərti ilə, ana müxalifət partiyalarının bu seçkilərdə iştirakı sual altındadır. Seçki Məcəlləsinin dəyişdirilməyəcəyi təqdirdə bəzi siyasi qüvvələrin bələdiyyə seçkilərini boykot edəcəyi barədə fikirlər səsləndirilir. Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev hələlik bu məsələ ilə bağlı qərar verilmədiyini deyib:
«Ölkəmizdə anti-demokratik mühiti əsas gətirib, Seçki Məcəlləsi mücərrəd vəziyyətdə, seçkilər hakimiyyətin tam nəzarətində olduğuna görə iştirak etməməklə bağlı düşünənlər az deyil. Hər iki tərəfin kifayət qədər ciddi arqumentləri var. Onu qeyd edim ki, Milli Şuraya daxil olan hər bir partiyanın seçkilərdə iştirak qərarı təbiidir. Bu baxımdan KXCP-nin seçkilərdə iştirak etməklə bağlı qərarına normal baxıram. Hesab edirəm ki, Milli Şura bu məsələləri müzakirə edib, hər hansı bir yekun qərar verdikdən sonra fikir söyləmək olar».
PROFESSORUN İŞDƏN QOVULMASININ TƏFƏRRÜATLARI
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun professoru Ağadadaş Qafarovun plagiata görə işdən qovulmasının təfərrüatları açıqlanıb.
İnstitutun direktor müavini Allahyar Muradov Bakupost.az-a bildirib ki, oğurluq olduğu üzə çıxan məqalə «İqtisadiyyat» qəzetində dərc edilib. Sonradan məlum olub ki, məqalə Rusiyanın Sankt-Peterburq şəhərində dərc edilmiş dərslikdən götürülüb: «İnstitutumuzda beş əməkdaşdan ibarət komissiya yaradıldı. Məqalələr tutuşduruldu, yoxlandı və plagiat, müəllim hüquqlarının pozulması faktı təsdiqləndi». Komissiyanın rəyindən sonra İqtisadiyyat İnstitutunda iclas keçirilib: «Plagiatçılar yekdilliklə pisləndi. İnstitutun direktoru professor Ağadadaş Qafarovun işdən çıxarılması barədə qərar qəbul etdi, məqalədə imzası olan dosent İlkin Soltanlıya isə töhmət verildi».
BAKI-NAXÇIVAN TƏYYARƏSİNDƏ HADİSƏ
«Hər zaman təyyarə ilə yola düşəndə uçuş heyətinin «Təhlükəsizlik kəmərlərini bağlayın!» təlimatını eşidirik. Amma bir çox sərnişinlər bu mühüm təlimata riayət etməyi vacib saymır».
«Qafqazinfo»nun xəbərinə görə, «Azərbaycan Hava Yolları» QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, iyunun 11-də «Boeing-757» təyyarəsi ilə Bakıdan Naxçıvana 2253 saylı reyslə uçan gəmi heyəti məhz belə bir vəziyyətlə qarşılaşıb. Belə ki, təyyarə enişə başlayarkən təhlükəsizlik kəmərlərinin bağlanması barədə təkrar təlimat verilib. Hava gəmisində 180 sərnişin olub. Təyyarə enməyə davam edərkən qəfildən 2-3 saniyəlik güclü hava burulğanına düşüb. Bu zaman təhlükəsizlik kəmərlərini bağlamayan 8 sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisədən az sonra təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına standart eniş edib.
«AZƏRBAYCANIN HƏLƏLİK AVRASİYA İTTİFAQINA QOŞULMAQ NİYYƏTİ YOXDUR»
«Azərbaycanın hələlik Avrasiya İqtisadi İttifaqına qoşulmaq niyyəti yoxdur. Biz hələlik bu barədə düşünmürük». «Trend» xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında deyib. Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına gəlincə, Novruz Məmmədov Azərbaycanın bununla bağlı heç bir narahatlığının olmadığını vurğulayıb:
«Bununla bağlı narahatlığımız üçün heç bir əsas yoxdur. Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı mövqeyini bildirib. Bu mövqe Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən Avrasiya İqtisadi İttifaqının təsis olunduğu iclasda ortaya qoyulub. Ermənistan da o tələblərə uyğun olaraq hansı quruma üzv olur-olsun, özünün suveren hüququdur».
5500-DƏN ÇOX VERGİ ÖDƏYİCİSİ QANUNU POZUB
2014-cü ilin may ayı ərzində 5543 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Vergilər Nazirliyindən AzərTAc-a bildirilib ki, 2482 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydaları pozulub. 1166 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyuta ödəniş vasitəsi kimi qəbul olunub. 398 vergi ödəyicisi 576 fiziki şəxsi əmək müqaviləsi bağlamadan işə cəlb edib, 216 vergi ödəyicisi fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıyıb, 85 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 2493 ədəd mal aşkarlanıb.