Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:01

Qazprom Ukraynaya verdiyi vaxtı iyunun 16-na kimi uzatdı


Qazprom Ukraynaya verdiyi vaxtı iyunun 16-na kimi uzatdı. O vaxta kimi razılaşma olmasa, Ukrayna Rusiyadan qazı pulunu əvvəlcədən verməklə ala biləcək.
Bu barədə məlumat verən Qazpromun sədri Miller deyib ki, Avropa Birliyinin vasitəçiliyi ilə Ukrayna ilə Rusiya arasında intensiv danışıqlar gedir. Həmin danışıqlar iyunun 11-də Brüsseldə başlanıb.

Ukraynanın baş naziri Yatsenyuk iyunun 11-də deyib ki, Rusiya qazın qiymətini 100 dollar azaltmalıdır.

Yanukovich prezidentlikdən devriləndə Rusiya Ukraynaya qazın hər min kub metrinə qiyməti 268 dollardan 485 dollara qaldırdı.
XS
SM
MD
LG