Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:49

Xəzərdə 3 adam batıb


İyunun 11-də Xəzər dənizində 3 adam batıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytının məlumatına görə, hadisənin biri günorta saatlarında Bakının Şüvəlan qəsəbəsində baş verib. 17 yaşlı İlham Hüseynov sahildən 5 km aralı məsafədə batıb.

12 yaşlı Namiq Nəzərov Bakının Sahil-1 sularda xilasetmə məntəqəsindən, təxminən, 1450 m məsafədə, nəzarət olunmayan ərazidə boğulub.

Üçüncü olay isə Bakının Mərdəkan qəsəbəsi yaxınlığında Mil-Qaya adlanan ərazidə baş verib. 28 yaşlı Elmar Davudov ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən 3 km məsafədə, nəzarət olunmayan ərazidə batıb.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, hər üç şəxsin cəsədi tapılıb.
XS
SM
MD
LG