Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 13:33

«Aqrolizinq»in vəzifəli şəxslərini qanunsuz gübrə satmaqda günahlandırırlar


-


«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin Şəki regional logistik bazasının vəzifəli şəxslərini 109 min manatlıq gübrəni qanunsuz olaraq ayrı-ayrı şəxslərə satmaqda günahlandırırlar.

Mayın 10-da Baş prokurorluq bildirir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bununla bağlı başladığı cinayət işinin istintaqını yekunlaşdırıb.

Baş prokurorluğun açıqlamasına görə, istintaq dövründə dəymiş ziyan qismən ödənilib.

Cinayət işinin materialları Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hesablama Palatasının ötən ilki hesabatından sonra Baş prokurorluq «Aqrolizinq» SC-də yeyinti olması faktını əsas gətirərək cinayət işi qaldırıb.
XS
SM
MD
LG