Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:36

Məhbusu öldürən 17 polis zabiti ömürlük həbs cəzası aldı


Hindistan məhkəməsi məhbusu öldürdüyünə görə 17 polis zabitini ömürlük həbs cəzasına məhkum edib.

Prokurorların dediyinə görə, biznes məktəbini bitirmiş 22 yaşlı Ranbir Singh 2009-cu ildə iş axtararkən polis onu oğurluq ittihamı ilə həbsə salıb.

Polis iddia edir ki, Singh raket daşıyırmış və qaçarkən vurulub.

Ancaq istintaq müəyyən edib ki, Singhi yaxından və bir neçə dəfə güllə ilə vurublar, ona işgəncə verilib və o, həbsxanada ölüb.

Məhkəmə hökmündən sonra həm polis zabitlərinin, həm də Ranbir Singhin ailələri appelyasiya şikayəti verəcəklərini bildirib.

Singhin valideynləri polis zabitlərinə ölüm hökmü tələb edir.
XS
SM
MD
LG