Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:16

Rusiyalı politoloq 3-cü dünya müharibəsindən söz açır


Sergei Markov: "Rusiyada Finlandiyaya qarşı nifrət yoxdur, amma ölkə NATO-ya üzv olsa..."
Sergei Markov: "Rusiyada Finlandiyaya qarşı nifrət yoxdur, amma ölkə NATO-ya üzv olsa..."
“Finlandiya NATO-ya üzv olmaq haqda qərar verməmişdən əvvəl gərək bir az götür-qoy etsin. 3-cü dünya müharibəsinin başlamasına rəvac vermək istəyir, ya yox. Antisemitizm 2-ci dünya mühariəbsini başladı, russofobiya 3-cüsünə start verə bilər”. Rusiya prezidenti yanında ictimai şuranın üzvü Sergei Markovun Finlandiya mətbuatına verdiyi bu bəynatı Skandinaviyada geniş rezonans doğurub.

“Finlandiya İsveçdən və Baltik ölkələrindən sonra Avropanın ən rusofob ölkəsidir” – deyə Finlandiyanın HBL dərgisinə şikayətlənən Markov əlavə edir ki, Finlandiya mətbuatının Rusiya haqda yazdıqları o qədər iyrəncdir ki, o bu ölkə mətbuatını izləməyə son qoyub.

AzadliqRadiosunun məlumatına əsasən, eyni müsahibəsində Sergei Markov iddia edir ki, Ukraynanın şərq bölgələri Xarkov, Luqansk, Donetsk, Dnepropetrovsk, Zaporojye və Odessa Novorossiya adlı federasiya yaradacaqlar.

Sergei Markov Rusiyanın aparıcı politoloqlarından biridir, Moskva Dövlət Universitetinin dosenti, 2012-ci il repzident seçkilərində Vladimir Putinin rəsmi nümayəndlərindən biri olub.
XS
SM
MD
LG