Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:06

Misirin yeni prezidenti and içib


-

İyunun 8-də Qahirədə Misirin yeni prezidenti, keçmiş müdafiə naziri Abdel Fattah as-Sisi-nin inauqurasiyası keçirilib.

Andiçmə mərasimi Konstitusiya Məhkəməsində təşkil olunub. Bundan sonra Prezident Sarayında xarici dövlət nümayəndələrinin iştirakı ilə qəbul keçirilib.

Misirdə prezident seçkiləri mayın 26-28-də olub. Rəsmi rəqəmlərə görə, Sisi səslərin 97 faizini qazanıb.

Sisi seçki yolu ilə prezident seçilmiş Mohammed Moorsi-ni keçən ilin iyulunda devirib. Bundan sonra Müsəlman Qardaşları Hərəkatına qarşı siyasi təzyiqlər və təqiblər başlayıb.
XS
SM
MD
LG