Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:00

Ziya Bünyadov prospektindəki tunel yenidən bağlanacaq


Avtomobillərin hərəkəti üçün açıq olan Ziya Bünyadov prospektindəki («Xutor» dairəsi) tunel tipli yol qovşağı bir müddət sonra bağlanacaq.

Bunu Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, on gün ərzində yardımçı yolda asfalt döşəməsi çəkiləcək, sonra isə tunel tamamlayıcı işlərin görülməsi üçün bağlanacaq.

Yol qovşağının tam açılışı iyun ikinci yarısında - iyulda planlaşdırılır.
XS
SM
MD
LG