Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 21:47

«Ədəbi Azadlıq» müsabiqəsinin mükafatlandırma mərasimi keçiriləcək


Mərasimdə müsabiqənin seçmə şeir və hekayələrinin yer aldığı kitab təqdim olunacaq.

-

Azadlıq Radiosunun mədəniyyət portalı olan "Oxu zalı"nda keçirilən "Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin yekun mərasimi iyunun 11-də axşam saat 17 00-da keçiriləcək.

Mərasimdə müsabiqənin həm şeir, həm də hekayə nominasiyasında qalibləri elan olunacaq.

Mükafatlandırma mərasiminin keçiriləcəyi ünvan: Caspian Business Center, 2-ci mərtəbə (Cəfər Cabbarlı 40)

Mərasimin baş tutacağı bina Azadlıq Radiosunun yerləşdiyi binayla qonşudur.

Mərasimdə həm də münsiflərin adları açıqlanacaq, müsabiqənin seçmə şeir və hekayələrinin yer aldığı kitab təqdim olunacaq.

Kitaba 30 hekayə və 40 müəllifin şeirləri daxil edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG