Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:46

Pravoslav kilsəsi Bibliyanı özbək dilinə çevirir


Rusiya Pravoslav kilsəsi Bibliyanı özbək dilinə tərcümə edir.

İyunun 5-də Missioner Komissiyasından bildiriblər ki, Bibliyanı özbək dilinə Stokholmdakı Tövrat tərcümə institutunun köməyi ilə tərcümə olunur.

Missioner komissiyasının sədri Dmitri Ata yanvar ayında demişdi ki, Bibliyanı Orta Asiya dillərində çap ounmasını Rusiya hökuməti dəstəkləməlidir.

Çünki bu, Orta Asiyadan olan yüz minlərlə miqrantın Rusiya cəmiyyətinə inteqrasiyasına kömək edə bilər.

Missioner Komissiyası Federal Miqrasiya xidməti ilə 2 ildir ki, əməkdaşlıq edir. Miqrantlara Rusiya mədəniyyəti, tarixi barədə mühazirələr oxuyur.
XS
SM
MD
LG