Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:52

Gəncədə «Yahova Şahidləri»nin 22 üzvü saxlanıb


-
Kəpəz rayon Polis Şöbəsindən verilən məlumata görə, polis onları iyunun 4-də Gəncə şəhəri Yusif Kosayev küçəsi, ev 31 ünvanında saxlayıb.

apa-nın məlumatına görə, polis saxlananları qanunsuz tədbir keçirməkdə ittiham edir.

Mənzilə gələn polis əməkdaşları 22 nəfəri, o cümlədən bir azyaşlı uşağı Kəpəz rayon Polis Şöbəsinə aparıblar.

Mənzilə baxış keçirilərkən ordan yayılması və təbliği qadağan edilmiş dini ədəbiyyat götürülüb.

«Yahova Şahidləri» qeydiyyata alınmayan dini icmadır. 2010-cu ildə qanuna edilən dəyişikliyə görə, icazəsiz dini fəaliyyət qadağan olunur. Həmin müddətdən «Yahova Şahidləri» yığıncaq keçirərkən bir neçə dəfə saxlanıblar.
XS
SM
MD
LG