Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:19

Hafiz Məmmədov «Sheffield Wednesday» klubunu alır


Azerbaijan - Hafiz Mammadov of Baghlan Group shows Baku Football Club stadium to minister Ziya Mammadov
Azerbaijan - Hafiz Mammadov of Baghlan Group shows Baku Football Club stadium to minister Ziya Mammadov
-
Azərbaycanlı işadamı Hafiz Məmmədov İngiltərənin qədim futbol klublarından biri sayılan «Sheffield Wednesday» klubunu almaq üzrədir.

Bu barədə məlumat verən «Yorkshire Post» qəzeti yazır ki, Hafiz Məmmədov «Bağlan» Qrupunun yaradıcısı və sədridir. O, «Bakı» və Fransanın birinci liqasında oynayan «Lens» futbol klublarının sahibidir. Xəbəri BBC-də təsdiq edir.
Azerbaijan -- The owners of Azerbaijani football clubs, infographic, undated
Azerbaijan -- The owners of Azerbaijani football clubs, infographic, undated
Qəzet yazır ki, Hafiz Məmmədovun «Sheffield Wednesday» klubunun sahibi Milan Mandarić-lə görüşüb müzakirə apardığı barədə məlumatlar var.

«Yorkshire Post» Mandarić-lə əlaqə saxlayıb, ancaq o, bu məlumatları nə təkzib, nə də təsdiq edir.

Milan Mandarić Xorvatiyada anadan olmuş serb işadamıdır.

«Sheffield Wednesday» klubunu 2010-cu ilin dekabrında almış 75 yaşlı Milan Mandarić keçən ilin avqustunda klubu satmağa hazır olduğunu bildirib. O deyirdi ki, ailəsi ilə birlikdə olmaq və diqqətini öz biznesində cəmləmək istəyir.

«Sheffield Wednesday» İngiltərərnin birinci liqasında çıxış edir. Bu sezonu klub 16-cı sırada bitirib.
XS
SM
MD
LG