Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 01:42

Zaqatalaya qar yağıb


-

Böyük Qafqaz sıra dağlarının cənub ətəyinə, Azərbaycanın Zaqatala rayonu ərazisinə qar yağıb.

APA-nın məlumatına görə, iyunun 2-də axşam saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə küləklə müşahidə olunan yağış yağıb, havanın temperaturu aşağı düşüb. Gecə saatlarında isə dağlıq ərazilərə qar yağıb. İyun ayında həmin ərazilərə qarın yağması iqlim şəraitinə xarakterik deyil.

Güclü külək bölgədə bir sıra problemlər də yaradıb. Belə ki, gecə saatlarından Şəki və Qax rayonlarının bəzi yaşayış sahələrinə elektrik enerjisinin nəqli dayandırılıb.
XS
SM
MD
LG