Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 19:55

Pizza Margarita 125 yaşında


Pizza Marqarita
-
Pizza Marqarita 125 yaşını qeyd edir. Bu pizza növünün adı kraliça Margaritanın adından götürüb. İlk dəfə kraliçaya bu pizzanı dövrünün məşhur aşpazı Raffaele Esposito hazırlamışdı.

Ənənəvi sarımsaq souslu pizzanın kral ailəsi üçün uyğun olmadığını düşünən Esposito sarayın mətbəxində bir-birindən fərqli 3 pizza hazırladı. Bunlardan biri sonradan Margarita adını aldı.

Kraliça Margarita pizzanı o qədər bəyəndi ki, saray mətbəxinin şefinə Espositoya təşəkkür məktubu yazdırdı. Raffaele Esposito da bu məktubu sonradan restoranının reklamı üçün istifadə etdi. Margarita pizzası belə məşhurlaşdı.

İtaliyada keçirilən sorğulara görə, italyanların 39 faizi bu pizzanı İtaliya mətbəxinin rəmzi sayır. İtalyanlar ildə 7,6 kilo Margarita pizzası yeyir.
XS
SM
MD
LG