Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:13

2022-ci il dünya çempionatına dair yeni səsvermə keçirilə bilər


Arxiv foto
Arxiv foto

FİFA-nın vitse-prezidenti deyib ki, 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatına yeni ev sahibi tapmaq üçün təkrar səsverməni dəstəkləyəcək. Bir gün əvvəl Qətərlə bağlı korrupsiya iddiaları yayılıb. Jim Boyce BBC-yə iyunun 1-də danışıb.

«Sunday Times» yazıb ki, Qətərin ev sahibliyini qazanması üçüm FİFA rəsmiləri 5 milyon dollarlıq rüşvət qəbul ediblər.

FİFA etika komitəsinin rəhbəri Michael Garcia hazırda bu iddiaları araşdırır. O, ilin sonunadək hesabatını təqdim edəcəyinə ümidini bildirib.

İddialara görə, FİFA-nın Qətərdən olan keçmiş rəsmisi Mohammed bin Hammam 2010-cu ildə ölkəsinin ev sahibliyini qazanması üçün FİFA üzvlərinə rüşvət verib. 2022-ci il çempionatının Qətərdəki təşkilatları «hər hansı nöqsana yol verilmədiyini» söyləyib.
XS
SM
MD
LG