Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:54

Bu gün “Əmir Teymur” tamaşasının premyerasıdır


Tamaşadan görüntü
Tamaşadan görüntü
-
Mayın 30-da saat 19.00-da Akademik Milli Dram Teatrında H. Cavidin «Topal Teymur» pyesi əsasında hazırlanan «Əmir Teymur» tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, Akademik Milli Dram Teatrının kollektivi pyesə tamamilə fərqli baxış bucağından yanaşıb, dövrlə səsləşən maraqlı səhnə əsəri yaratmaq istəyib.

Xəbərdə vurğulanır ki, teatr türk dünyasının ən böyük faciəsini – qardaşın-qardaşa silah çəkdiyi, məğlub etdiyi bir tarixi gündəmə gətirib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə rəssamı İlham Elxanoğlu, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Aygün Səmədzadədır.

Rəqs və döyüş səhnələrini Əməkdar artist Pərviz Məmmədrzayev qurub.

Quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Əmir Teymur rolunu Xalq artisti Nurəddin Mehdixanlıya həvalə edib.

Digər rollarda Xalq artisti Rafiq Əzimov (Şeyx Buxari), Əməkdar artistlər Mətanət Atakişiyeva (Dilşad), Kazım Həsənquliyev (Divan bəyi), Münəvvər Əliyeva (Meliça), Elşən Rüstəmov (Əlipaşa), Kazım Abdullayev (Şair Kirmani), aktyorlar Rövşən Kərimduxt (Aqbuğa), Anar Heybətov (Orxan), Şəhla Əliqızı (Almas), İlahə Həsənova (Olqa), Yıldırım Bayazid (Hikmət Rəhimov), Elçin Əhmədov (Sobutay), Elnur Qədirov (Qaraquş), Cümşüd Zeynalov (Dəmirqaya), Əlvida Cəfərov (Nazimağa), Nigar Güləhmədova (Köylü qadın), Elgün Həmidov (Cücə) və başqaları çıxış edirlər.

H. Cavidin «Topal Teymur» beşpərdəli dramı 1925-ci ildə yazılıb, 1926-cı ildə çap olunub.

Elə çap olunduğu ildə də tamaşaya qoyulan dram əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG