Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:39

Elşən Böyükvənd. Şeirlər


Elşən Böyükvənd
Elşən Böyükvənd
-

Elşən Böyükvənd


Qaçqın Sözcüklər

Səhər
Aynalarda
Biz-biz duran sözcükləri sezmədən
Köndələn oturubdur
Əynində ormanları aparan
Sapsız iynə kimidir baxışım
Göyərmir ayaqlarım
Kitablardan qaçqın düşmüş
Yazıların ardınca
Bağcamdakı qısır torpağın
Dodaqsız ağzından
Ağılar söylənir
Və çapar yaslı qadınlar
Yaylıqlarını
Günəş üzünə sancaqlayırlar.



Düş dərisini soyanların əlindən
“şair Cəhənnəmi təcrübə etməlidir” (Rza Bərahəni)

Uzanır əllərim
Çay dibində qıvrılan saçına
Günəş işığı
Yerə uzanan kimi
Dodağı sorulmamış sevgilim
Yonulmuş bir bağırtı ardınca
Dikəlir orman ağacları
Və səkilərdən keçən ütülənmiş geyimlər
Yataqlarında uzanmış
Yaşıl gövdələrə
Taxtabiti kimi daraşırlar

Günəş batan çağı
Düş dərisini soyanların əlindən
Boyasızlığa boyanıb
Araz qıyısında uzanıram
Və evlər xalçasına dağılmış oyuncaqları
Oynatmayan uşaqları görürəm

Qaralanmış kağızlar kimi bükülüb
Atılmış göylərimizdən
Qara qurşaqlı gəlinlər gəlir
Və dörd bucaqlar arasında boyu atır
Günəbaxanlar.
XS
SM
MD
LG