Keçid linkləri

2017, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 10:31

Ukrayna əsgərləri evə buraxır


Ukrayna gərbçisi, Slavyansk yaxınlığında. Aprel 2014
Ukraynanın müdafiə nazirliyi qismi səfərbərlik zamanı orduya çağırılan 6 minə yaxın hərbçini tərxis etmək niyyətindədir.

Bu haqda Ukrayna parlamentində məlumat verən müdafiə naziri əvəzi Mikhail Koval bildrib ki, artıq əsgərləri evə buraxmağa başlayıblar. Onun sözlərinə görə, ilk növbədə azyaşlı uşaqları olan ailə başçıları tərxis olunur.

Koval-ın sözlərində görə, Ukraynanın şərqindəki əməliyyatlara cəlb olunan hərbçilərin növbə ilə dəyişdirilməsi məqsədəuyğun deyil, çünki antoterror əməliyyatı aparan hərbi hissələrin döyüş qabiliyyətinə mənfi təsir edə bilər.

Ukraynanın şərqində fövqəladə vəziyyət elan olunması təklifi ilə razılaşmayan nazir deyib ki, terrorçuların məhv edilməsi üçün Ukrayna ordusuna bütün səlahiyətlər verilib və antiterror əməliyyatların əsas məqsədi bir nəfər də olsun dinc sakinin ölümünə yol verməməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG