Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:38

Leyla Yunus məhkəməyə çağırış məktubunu qəbul etməyib


Leyla Yunus
Leyla Yunus
-

Mayın 29-da Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus prokurorluğun məhkəməyə çağırış məktubunu qəbul etməkdən imtina edib.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisi özü məlumat verib:

«Bir az əvvəl qapımız döyüldü və qapını döyənlər dedilər ki, biz Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən gəlmişik. Elə bildim bizim müsadirə olunan pasportlarımız və digər əşyalarımızı gətiriblər. Amma məlum oldu ki, onlar istintaqa dəvətlə bağlı mənə bildiriş gətiriblər. Səhər müstəntiq də mənə zəng edəndə dedim ki, bizim sənədlərimizi qaytarandan sonra istintaqa gələ bilərəm. Ona görə də bildirişi qəbul etmədim».

Prokurorluq əməkdaşları bildirişi hüquq müdafiəçisinə vermədən ərazini tərk ediblər.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus aprelin 29-da xaricə konfransa gedərkən Heydər Əliyev adına hava limanında saxlanılaraq geri qaytarılıb.

Daha sonra hüuquq müdafiəçisinin ofisində və evində axtarış aparılıb. Bir gün sonra o, «dövlətə xəyanət»də ittiham olunaraq həbs edilən «Ayna»-«Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirova açılmış cinayət işi üzrə baş prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində dindirilib.

Onların ölkədən çıxmasına qadağa qoyulub.
XS
SM
MD
LG